25 Avqust 2019 10:30
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonu, Çiçi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb.

Təxminən 15 hektar ərazini əhatə edən ərazidə quru ot və kol-kos yanıb.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazidə digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir./apa/


Müəllif: Teleqraf.com