30 Sentyabr 2019 15:35
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini N.Musazadə paytaxtın Nərimanov rayonunda döyülüb. Onu döyən şəxslər mobil telefonunu əlindən alıblar.

Zərərçəkmiş hadisə ilə bağlı 16-cı polis bölməsinə şikayət edib. O, bildirib ki, rayon ərazisində iki nəfər tərəfindən döyülüb və qarət olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Rzayev və A.Eyyubova saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər