3 Noyabr 2019 20:00
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Qəzaya səbəb “Nissan Sedan” markalı maşınla motosikletin toqquşması olub.

Nəticədə 1978-ci il təvəllüdlü Afdandil Teymurov ağır xəsarət alıb. Yaralı Goraboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun bədəninin əksər hissəsində qırıqların olduğu müəyyən edilib.

Fakla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com