Saatlı rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Saatlı rayon polis şöbəsinə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov noyabrın 5-nə keçən gecə kənd ərazisində “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.