İranın şimal-qərbində cümə günü baş verən zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb və 20 nəfər yaralanıb.
Teleqraf.com-un məlumatına görə, ölkənin şimal-qərbindəki şərqi Azərbaycan əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə yerləşdi, zəlzələnin ocaqı isə 10 kilometr dərinlikdə yerləşirdi.