8 Noyabr 2019 10:50
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 7-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş verən intiharla bağlı cinayət işi başlanılıb.

1976-cı il təvəllüdlü İlkin Gülməmmədovun xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ekspertizalar təyin olunub.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları iştirakı ilə baxış keçirilib.

Qeyd edək ki, noyabrın 7-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb.

Böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən ölüb.


Müəllif: Mənbə/APA