Bərdə rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektindəki beş mərtəbəli yaşayış binasında qeydə alınıb.
Həmin binada yaşayan Aida Əzizovaya məxsus mənzildə baş verən yanğın zamanı bina sakinləri təxliyyə edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində ev sahibi, 1981-ci il təvəllüdlü Əzizova Aidə Bədir qızı, binada yaşayan, 1985-ci il təvəllüdlü İsmayılova Şəlalə Oruc qızı və 2003- çil il təvəllüdlü Yusifzadə Əfsanə Xəyal qızı tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
Faktla bağlı araşdırma aparılır./trend/