18 Sentyabr 2014 20:54
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu “Jewish Journal” həftəlik qəzeti Azərbaycana dair məqalə dərc edib.

“İsrailin ən dəyərli müsəlman müttəfiqi” başlıqlı məqalə dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbəri ravvin Mark Diamond tərəfindən yazılıb.

Bu yaxınlarda Los-Ancelesdən olan 11 yəhudi din xadimi ilə birgə Azərbaycan və İsrailin Los-Ancelesdəki baş konsulları Nəsimi Ağayev və David Siegel ilə görüşdüyünü bildirən M.Diamond İsrail və ABŞ-la güclü münasibətlər saxlayan Azərbaycanın unikal tarixə malik bir ölkə olduğunu qeyd edir. Müəllif bildirir ki, 2 min ildən bəri Azərbaycanda yaşayan yəhudilər özlərinə yalnız hörmət görüb və bu gün də bu tolerantlıq mühiti ölkədə hökm sürməkdədir. M.Diamondun fikrincə, xüsusilə hazırkı dövr üçün bunu böyük nailiyyət hesab etmək olar. Müəllif Azərbaycanda yəhudi icmasına və irsinə böyük qayğı göstərildiyini qeyd edərək, İsrail sərhədləri xaricində dünyanın ən böyük yəhudi qəsəbələrindən biri olan Qırmızı Qəsəbənin Azərbaycanda yerləşdiyini, yəhudilərin öz füsunkar sinaqoqlarında azad şəkildə ibadət etdiklərini və 300-dən çox yəhudi uşağının Bakıda inşa edilmiş müasir yəhudi məktəbində təhsil aldığını vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər