Bakının Binəqədi rayonunda soyğunçuluq olub.
Teleqraf.com xəbər verir ki, 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 22-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini M.Əliyevanın içərisində 235 manatı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.