29 Noyabr 2019 13:07
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 28-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Xəlilovu qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər