19 Sentyabr 2014 20:30
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu qətnamə qəbul olunmazdan öncə Azərbaycan dövlətinin bununla bağlı rəsmi mövqeyi oldu”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində bundan öncə ermənilərin maraqlarını ifadə edən müzakirələr olmuşdu:

“Bu məqsədyönlü kampaniyanın tərkib hissəsidir və bu kampaniya uzun müddətdir davam edir. Heç şübhəsiz bu ilk növbədə gözlənilən beynəlxalq tədbirlə, 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlıdır. Eyni zamanda bu həm bu il, həm də gələn keçiriləcək seçkilərlə əlaqədardır. Xüsusilə, son dövrlər Azərbaycan dövləti özünün təhlükəsizliyi istiqamətində ciddi addımlar atması, görünür, bəzi dairələri təmin etmir. Bu ölkəmiz haqqında yanlış informasiyalar yayan qondarma hüquq müdafiəçilərinə açılan cinayət işi ilə bağlıdır. Təbii ki, onların fəaliyyətində kifayət qədər qanuna zidd əməllər, vergidən yayınma halları və dövlətə maraqlarına zidd fəaliyyət var. Görünən odur ki, bu addımlar nüfuz müvəkkillərini itirən bəzi dairələri qane etmir və məqsədyönlü şəkildə ölkəmizə qarşı kampaniya aparırlar”.

E.Mirzəbəyli qeyd edib ki, Avropa Parlamentində Qarabağla bağlı belə təcili qətnamə qəbul edilsəydi, bu təəccüb doğurardı: “Çünki bu günə qədər Dağlıq Qarabağla və bütövlükdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atılmır. Avropa Parlamenti ilk növbədə beynəlxalq hüquqa istinad edərək qərarlar qəbul etməlidir. Beynəlxalq hüquqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda BMT qətnamələri var ki, həmin sənədlər də beynəlxalq səviyyədə hüquqi normativ aktlar sayılırlar. Bu aktların da həyata keçirilməsi istiqamətində Avropa Parlamentinin və digər beynəlxalq qurumların prinsipial mövqeyi ortalıqda olmayıb. Bu baxımdan onlardan nəinki tələm-tələsik, heç uzun müddətli qərar qəbul etməyə ümid etməyə dəyməz”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər