Zaqatala rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.