8 Yanvar 2020 09:23
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada deyib.

M.Səliminin sözlərinə görə, sərnişinlərin meyitləri toplanmaqdadır.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər