8 Yanvar 2020 13:47
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması bağlı iddialar araşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilib.

Faktla bağlı Binəqədi RPİ istintaq şöbəsində Cinayət Məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir.

Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər