Saatlıda iki avtomobil toqquşub.
Teleqraf.com xəbər verir ki, hadisə Qaranuru kəndində baş verib.
“Vaz-2107” və “Mitsubishinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şirvan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
O, xəstəxananın reanimasiya şöbəsində ölüb.
Digər üç nəfərin isə vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.