23 Sentyabr 2014 17:43
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Volqoqrad Musiqili Teatrında Rauf Hacıyevin “Kavkazskaya plemyannitsa” operettası tamaşaya qoyulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsinin dəstəyi ilə hazırlanmış tamaşanın oktyabrın 4-də premyerası olacaq. 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Volqorad şəhərində ilk dəfə nümayiş etdiriləcək.

Tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın əməkdar artisti Əli Usubovdur. Hazırda Volqoqradda yaşayan Əli Usubov əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.

Premyeranın təşkilində Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsi yaxından iştirak edir, zalın tərtibatı, afişa, reklamların hazırlanması və biletlərin paylanması kimi məsələlərdə teatra dəstək göstərir.

Səxavət


Müəllif: