31 Yanvar 2020 10:07
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir nəfəri öldürməkdə, digərinə ağır xəsarət yetirməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Ozal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Suraxanı rayonu, Əmircan qəsəbə sakini Ozal Əliyev ötən il yanvarın 20-də, saat 11 radələrində qəsəbə ərazisində yerləşən avtomobilyuma məntəqəsinin qarşısında heç bir səbəb olmadan Vahid Əsədovla mübahisə edib.

Mübahisə zamanı o, Vahid Əsədova bıçaqla döş qəfəsinə xəsarət yetirib. Həmin vaxt Ozal Əliyev onları aralaşdırmağa çaılşan Zaur Hüseynova da xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Lazımı tibbi yardım göstərilməsinə baxmayaraq Vahid Əsədov xəstəxanada vəfat edib.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ozal Əliyev tutulub.

İstintaq orqanı tərəfindən Ozal Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurmama - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər