7 Fevral 2020 22:39
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidməti İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışla bağlı məlumat yayıb.

İdarədən Teleqraf.com-a verilən məlumatda bildirilib:

“Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məsul şəxslər dərhal hadisə yerinə gəlib, hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar.

Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür. Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan iki nəfərin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hazırda təhlükə yoxdur”.

Qeyd edək ki, hadisə nəticəsində dörd nəfərin xəsarət aldığı açıqlanmışdı.


Müəllif: Teleqraf.com