Bakının Binəqədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
6 fevral saat 04:50 radələrində Binəqədi qəsəbəsində yaşayan 50 yaşlı Zeynalov Nizami Arifşah oğlu öz yatağında ölmüş vəziyyətdə tapılıb.
İlkin məlumatlara görə, o, yatmazdan əvvəl siqaret çəkib, lakin yatağın yanında olan kül qabındakı siqaretin kötüyünü tamamilə söndürməyib.
Nəticədə yorğan tüstülənməyə başlayıb və Zeynalov yuxuda ikən tüstüdən boğularaq ölüb.
Faktla bağlı istintaq davam edir.
/Oxu.az/