8 Fevral 2020 00:58
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Sünik vilayətində qar uçqunu altında qalan üç hərbçi dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumata əsasən, müqavilə əsasında xidmət edən 28 yaşlı Karapet Nazaryan, 25 yaşlı Tiqran Arzumanyan və 24 yaşlı Nver Şahbazyan ölü tapılıblar.

Hadisə zamanı hərbçilər Sünikin hərbi postlarından birində olublar . Daha bir hərbiçi – 21 yaşlı Qamlet Mirzoyan isə həyatını xilas edə bilib.

İnsidentlə bağlı istintaq aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər