17 Fevral 2020 14:41
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Gəncə şəhərində ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 16-da saat 16 radələrində Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində Gəncə şəhər sakini Cəlal Mustafayev idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, fevralın 16-da saat 7 radələrində Gəncə şəhəri Nizami küçəsində Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov