19 Fevral 08:05

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu aşıb.

Teleqraf.com xəbər verir ki, qəza Kayseri-Malatya avtomobil yolunun 141-ci kilometrində baş verib. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com