20 Fevral 2020 08:31
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Maqadan şəhərində təyyarə qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Maqadanda qalxan "An-2" təyyarəsi müəyyən yüksəkliyə qalxa bilmədiyi üçün sərt eniş edib və yerə çırpılıb.

Hadisə nəticəsində 7 nəfər ağır yaralanıb, bütün sərnişinlər xəstəxanalara aparılıb.

Qeyd edək ki, təyyarədə 14 nəfər olub, onlardan ikisi ekipaj üzvüdür.Hadisə ilə bağlı daha ətraflı məlumat verilməyib.


Müəllif: Teleqraf.com