Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Axeber.az-a bildirib.
H.Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya müayinəyə getdiyini deyib: "Hələ ki, müayinə üçün gəlmişəm. Ola bilər ki, həkimin məsləhətilə burada qalıb müalicə olunmağıma ehtiyac olsun".