Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, hadisə Qaradağ rayonunda, Xocahəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Əliyev Budaq Səfərəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona kürək və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, qəza zamanı həmçinin daha 3 nəfər ölüb.