Neftçala rayonunda ümumi sahəsi 115 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 65 m² sahədə və içərisindəki əşyalar qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.