Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib.
Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.