Ağdaş rayonunda bir ailənin üç üzvünü öldürməklə hədələməkdə ittiham olunan Elnur Yunusovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İttihama görə, Elnur Yunusov həmyerlisi Abdulla Əliyev, onun ailə üzvləri – arvadı Yazgül Əliyeva və qızı Aydan Əliyevanı öldürməklə hədələyib.
Abdulla Əliyev Elnur Yunusovun qanunsuz hərəkətləri barədə Ağdaş rayon polis şöbəsinə müraciət edib.
Polis Elnur Yunusovu saxlayıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
İstintaq orqanı tərəfindən Elnur Yunusovun barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ittiham elan olunub.