Lənkəran rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Digah kəndi ərazisində Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini 3 yaşlı Amili vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.