Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin E.Həsənov küçəsində Füzuli Məmmədov idarə etdiyi “Mercedes-Sprinter” markalı mikroavtobusla yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Faiq Kazımovu vurub.
Faiq Kazımova xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.