Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a məlumat verilib.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.