6 İyun 2020 16:22
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qax rayon sakini M.Muxtarov həbs edilib.

Onun Şəki şəhərində kirayədə yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov