Neftçala rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Xəzərkənd kəndində Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Cavanşir Təhməzov özünə məxsus "Qazel" markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Əkbər Həsənlini vurub.
Əkbər Həsənli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.