8 Oktyabr 2014 11:54
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-də Azərbaycan Kommunist Partiysı (AKP) Mərkəzi Komitəsinin plenumu keçirilib. Teleqraf.com xəbər verir ki, plenumda 2014 - cü ilin dekabr ayında Respublikada keçiriləcək bələdiyyə seçkilərində AKP tərəfindən namizədliyi irəli sürüləcək yoldaşların siyahısı təsdiq edilib.

Daha sonra Plenum 01 noyabr 2014 -cü ildə Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçiriləcək KPİ-Sov. İKP nin XXXV qurultayına AKP- nın Respublikada fəaliyyətdə olan rayon və şəhər təşkilatlarından seçilmiş nümayəndələrin tərkibini və o cümlədən qurultayda KPİ-Sov. İKP - nin rəhbər orqanlarına seçiləcək yoldaşların namizədliyini geniş müzakirə edərək təsdiq edib.

Plenumda təşkilatı məsələyədə baxılıb. Antipartiya fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət, qarşıdurma yaratmağa cəhd göstərdiyinə, kommunistə yaraşmayan hərəkətlərə yol verərək təxribatçılıqla məşğul oduğuna görə, AKP MK - nın plenumu ilk partiya təşkilatının qərarına müvafiq olaraq, Məhsimova Gülnisə Əlisoltan qızını AKP sıralarından xaric edib.

AKP MK -nın sədri Rauf Qurbanov tədbirdə geniş mərizə ilə çıxış edərək, Azərbaycan kommunistlərinin qarşısında duran əsas vəzifələrin istiqamətlərini, kommunist yoldaşlar arasında dostluq və mehribançılıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini, partiya daxili demokratiyanın inkişaf etdirilməsi və demokratik mərkəziyyət prinsiplərinə ciddi riayət olunmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq çıxışında qeyd edib ki, birlik harda var, güc də ordadır.

Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Lerik RK-nin birinci katibi Q.Əliyev, AKP Şəmkir RK-nin birinci katibi S. Tağıyev, AKP Qadınlar şurasının sədri M. Həsənova və digər yoldaşlar çıxış ediblər.


Müəllif:

Oxşar xəbərlər