Bakının Xətai rayonunda qadın atasına məxsus silahlı polisə verib.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış “Makarov” markalı tapançanı və 8 ədəd patronu könüllü olaraq Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə təhvil verib.