2 İyul 2020 12:20
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qaraxanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən velosipedçi, paytaxt sakini Elvin Heybətovu vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov