5 İyul 2020 15:47
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya Texnologiyaları Mərkəzinin mühəndisi Mustafayeva Zivayət Nurəddin qızı vəfat edib.

Teleqraf.com xəbər verir ki, Z.Mustafayeva 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci ildən BDU-nun "İnformasiya və texnologiya mərkəzi"ndə mühəndis elektronçu vəzifəsində çalışıb.

Xatırladaq ki, Mustafayeva Zivayət 1952-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Qaraqaya kəndində anadan olub. 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Çaykənd kəndində orta məktəbi, 1970-1975-ci ildə isə APU-nun "Ümumi texniki fənnlər və fizika" fakültəsinin mühəndis-fizika ixtisasını bitirib.


Müəllif: Teleqraf.com