10 İyul 2020 10:21
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın paytaxtı Seulun itkin düşən bələdiyyə başçısı Park Von-soonun cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, Seul polisi bələdiyyə başçısının cəsədini Bugak ərazisinə yaxın yerdə aşkarlayıb.

Merin qızı atasının son telefon mesajının vəsiyyətnaməyə bənzədiyini deyib. Polis merin cəsədinə və hadisə yerinə ilkin baxış keçirib və sui-qəsdin izinin olmadığını bildirilib.

Qızının ifadələrindən sonra bələdiyyə başçısının intihar etdiyi iddiası üzərində dayanılır. Faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, bələdiyyə başçısının itkin düşməsi barədə polisə məlumatı onun qızı verib.

Park Von-soon 2011-ci ildən Seulun meri vəzifəsini icra edirdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər