9 Oktyabr 2014 08:22
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqə razılıq verib. Cavab məktubu təşkilatçılara təqdim olunub.

Qeyd edək ki, son vaxtlar Milli Şuranın Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə münasibətləri xoş deyil. KXCP təmsilçiləri qurumun son tədbirlərinə qatılmır, partiya sədri Mirmahmud Mirəlioğlu isə Milli Şura barədə suallara cavab verməkdən imtina edir. M.Mirəlioğlunun müavini Xəzər Teyyublu isə qurumdan istefa verdiyini və əsas işininin partiya ilə bağlı olacağını deyib.

Bəs, KXCP Milli Şuranın tədbirləri kimi mitinqinidəmi boykot edəcək? Xəzər Teyyublu Teleqraf.com-a açıqlamasında deyib ki, Milli Şuranın mitinqi barədə partiyada hər hansı müzakirə aparılmayıb: “Hazırda öz təşkilatımızın cari işləri ilə məşğuluq. Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü idi. Ona görə də mitinq barədə hər hansı müzakirə getməyib”.

Qeyd edək ki, KXCP Müsavat Partiyasının da qatıldığı Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunur. Milli Şura və AXCP isə mərkəzin tədbirlərinə dəvət alsalar da, bu günə kimi heç birinə qatılmayıblar. Elə bu mərkəz yaradılandan sonra KXCP ilə Milli Şuranın münasibətləri səngiyib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər