Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:
“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”.