22 İyul 2020 10:57
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə faciəli hadisə baş verib.

Lerik rayon pokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 21-də saat 14 radələrində Lerik rayonu, Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilb.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər