28 İyul 2020 12:12
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində “Niva” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini olan 4 yaşlı qıza zor tətbiq edərək 800 manat dəyərində boyunbağısını almaları barədə Şirvan şəhər polis şöbəsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılıb, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilib.

Şirvan şəhər polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər