Lənkəranda ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.
Rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Moskva Məhərrəmovanı vurub.
Piyada hadisə yerində ölüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.