18 Avqust 2020 10:30
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 kv.m olan anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com