Xaçmaz rayonunda 45 yaşlı kişi itkin düşüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
“Məhəmməd Əsədullayevin əlamətləri belədir: Boyu 168 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludu.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz rayon polis şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.