Vəkillər Kollegiyasının üzvü özünü asaraq öldürməsi barədə cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışmış Namiq Həsənovun özünü asaraq öldürməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Vəkil Namiq Həsənov bu gün Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.
Namiq Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib.
Bundan sonra onun səhhətində problem yaranıb.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü Namiq Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam edir.