Şəmkir rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.
Məlumata görə, rayon sakinləri, Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.
Saxlanılan şəxslər barəsində Şəmkir rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.