13 Sentyabr 2020 09:29
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda birmərtəbəli kürsülü ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Teleqraf.com