Bir qədər əvvəl 9-cu mikrorayon, Adil Məmmədov küçəsindəki yaşıllıq sahədə ("Lalə" kafesinin yanı) yanğın baş verib.
Publika.az xəbər verir ki bu barədə məlumat verən izləyici sakinlərin hadisədən şübhələndiklərini bildirib. Onun dediyinə görə, yanğının baş verdiyi əraziyə bitişik torpaq sahəsində iki il öncə qanunsuz tikinti aparılmasına cəhd olunub: "Amma sakinlərin şikayəti əsasında Binəqədi rayon rəhbərliyi qanunsuz tikintinin qarşısını alıb. İndiki yanğında hədəf həmin sahədəki ağaclar olub. Çünki bu yaşıllıq işbazlara öz planlarını reallaşdırmağa mane olur. Hər halda hüquq-mühafizə orqanları faktı araşdıracaqlar".