25 Sentyabr 2020 12:48
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ildən Nobel mükafatı laureatlarının hər biri əlavə 1 milyon isveç kronu (SEK) alacaq.

Teleqraf.com xəbər verir ki, bunu Nobel Fondunun İdarə Heyəti açıqlayıb.

Açıqlamada bildirilir ki, fondun maliyyə vəziyyətini gücləndirmək üçün son illər görülən işlər mükafatın miqdarını artırmağa imkan yaradıb.

2020-ci il Nobel mükafatının hər kateqoriyası üçün məbləğin 10 milyon SEK olacağına qərar verilib. Bu isə mükafat kateqoriyası üzrə 1 milyon SEK artım deməkdir.

Qeyd edək ki, mükafatın məbləği 2011-ci ildə 10 milyondan 8 milyon SEK-ə endirilmiş, 2017-ci ildə isə 8 milyondan 9 milyon SEK-ə qaldırılmışdı.

Məlumat üçün bildirək ki, hazırda 1 SEK birjalarda 0.187305 AZN-ə bərabərdir.


Müəllif: Yeganə Oqtayqızı